3 Mart 2026 / 13:33

AYNA yolların nişanlanması üçün 30 milyonluq tender elan edir – ŞƏRTLƏR

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) Publik Hüquqi Şəxsi (VÖEN – 1506095421) açıq tender elan edir.

Tezadlar.az,  xəbər verir ki, tenderin predmeti Respublika ərazisində yollarda nişanlanma işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 29 854 737 manat təşkil edir.

Təkliflərin son təqdim olunma vaxtı 27 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 4 478 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Rüfət Sərdarlı – baş mütəxəssis
rufat.sardarli@ayna.gov.az
+994 50 872 01 02

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini 27 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov 5 ünvanına təqdim edə bilərlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!