Əsas məzmuna keç

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİNİN VƏ ÇİNİN DÖVLƏT ŞİRKƏTİNİN RƏHBƏRLİKLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin sonuncu günündə də Bakı Ekspo Mərkəzini ziyarət edib.

Bu barədə Tezadlar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”nın (“CPMIEC”) rəhbər heyəti ilə görüşüb.

Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…