Əsas məzmuna keç

AZƏRBAYCAN ORDUSUNDA MƏŞĞƏLƏLƏR KEÇİRİLİB

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər keçirilib.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib.

Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs və məlumat mübadiləsini bacarıqla yerinə yetiriblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…