Əsas məzmuna keç

AZƏRBAYCAN ÜZGÜÇÜSÜ QIZIL MEDAL QAZANIB

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışlarına yekun vurulub.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, 4×50 metr məsafəyə sərbəst estafet yarışlarında belaruslu Roman Halmak, Usevalad Sarakavik, tailandlı Mekchai Nithivat ilə birgə çıxış edən Süleyman İsmayılzadə 1 dəqiqə 37 saniyə vaxtla finiş xəttinə çataraq yarışın qızıl medalının sahibi olub.

Beləliklə, Azərbaycan komandasının aktivindəki mükafat sayı 5-ə yüksəlib. Daha öncə idmançılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…