Əsas məzmuna keç

VETERAN CÜDOÇULARIMIZ AVROPA ÇEMPİONATININ BİRİNCİ GÜNÜNDƏ 6 MEDAL QAZANDILAR

Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında Avropa çempionatı start götürüb.

Veteran cüdoçularımız qitə çempionatının birinci yarış gününü 6 (2 qızıl, 2 gümüş və 2 bürünc medal) medalla başa vurublar. Belə ki, qızıl medalları komandamızın aktivinə 90 kiloqram çəki dərəcəsində Fərhad Rəcəbli (M7) və Mübariz Cəfərov (M5) yazdırıblar. Müşviq Cəfərov (M5, 73 kq), Qabil Qasımov (M6, +100 kq) gümüş, Natiq Qasımov (M6, 81 kq) və Şamil Sövzəliyev (M8, 81kq) bürünc medal qazanıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…