Ötən gündən “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair faktı təsdiqləyib. Tezadlar.az “Ria Novosti”yə istinadla bildirir ki, bu barədə korporasiyanın prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb. ABŞ prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb Agentlik “Azadlıq radiosu” media korporasiyasına və Amerikanın Səsi radiostansiyasına nəzarət edir. Agentliyin məktubunda “Azadlıq radiosu”nu maliyyələşdirən ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasından bəhs edilib.
Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası və Amerikanın Səsi radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.
Radionun ölkələr üzrə büroları da çaşqın vəziyyətdədir. Hazırda onlar da alternativ mənbələr hesabına radionun fəaliyyətini bərpa etmək istəyirlər.