25 Dekabr 2025 / 10:34

AZAL faciəsinin qurbanlarının xatirəsi əziz tutuldu

Düz bir il əvvəl Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümüdür! Tezadlar.az xəbər verir ki, faciənin birinci ildönümü ilə bağlı II Fəxri xiyabanda ekipaj üzvləri Milli Qəhrəmanlar Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarları ziyarət edilib. Mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev və şirkətin əməkdaşları, mərhumların ailə üzvləri iştirak ediblər.

Qeyd: dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!