Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Riqada Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma işləri və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Tezadlar.az xəbər verir ki, bu Riqa şəhərində Azərbaycan və Latviya Xarici İşlər Nazirlikləri (XİN) arasında strateji dialoqun növbəti iclasında müzakirə edilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.
Səfər çərçivəsində nazir müavini F.Rzayev həmçinin Latviyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində dəyirmi masa müzakirələrində iştirak edib.