15 May 2026 / 00:10

Azərbaycan güləşçisi Fatimə Bayramova Avropa çempionatında bürünc medal qazanıb

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Tezadlar.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Nuray Cəfərli (46 kq) bürünc medal görüşündə xorvatiyalı Lara Blajekoviçə 1:4 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.

Simurə Abdullayeva (69 kq) təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabıyla uduzub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!