Azərbaycan Gürcüstana ötən il 84 milyon dollar sərmayə qoyub

Ötən il Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 83,9 milyon ABŞ dolları təşkil edib. Tezadlar.az xatırladır ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Hesabat ilində Azərbaycan Gürcüstanın ən əsas investor ölkələri arasında V yeri tutub. İlk beşlikdə Azərbaycanla yanaşı Böyük Britaniya (431.1 milyon ABŞ dolları), Niderland (230,9 milyon ABŞ dolları), Malta (191,7 milyon ABŞ dolları) və Türkiyə (110,3 milyon ABŞ dolları) yer alıb. 2024-cü ildə Gürcüstanda birbaşa xarici investisiyaların ümumi həcmi 1,6 mlrd. ABŞ dollarına bərabər olub ki, bu da illik müqayisədə 18,6% azdır.

Xəbəri paylaş