Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Avqust 2026 / 15:16

“Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadəyə icazə verməz!”

“Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir…”. Tezadlar.az Türkiyənin “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Prezidentin köməkçisi Azərbaycan ərazisinin “Mossad” tərəfindən istifadə edilməsi iddialarına münasibət bildirərək deyib ki, rəsmi Bakı İranı qardaş ölkə hesab edir. Sitat: “Çünki bizim qardaşlarımız sərhədin, Araz çayının o tayında yaşayır. Birincisi, ərazilərimizin azadlığı və suverenliyi bizim üçün fundamental prinsiplərdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə müdaxiləyə imkan verməz. Üçüncüsü, orada bizim vəfa borcumuz var. Sərhədin o tayında yaşayanlar, dediyim kimi, milliyyətindən, dinindən asılı olmayaraq, bizim qardaşlarımızdır. Buna necə icazə verə bilərik? Dördüncüsü, bu, texniki cəhətdən necə mümkündür? İsraildən buraya necə gələcəklər? Türkiyədən keçməlidirlər. Türkiyə də buna icazə verməz, Azərbaycan da. Bu necə baş verəcəkdi? Burada həm də çirkin təbliğat elementləri var”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!