Əsas məzmuna keç

Azərbaycan hərbçiləri “Anadolu Qartalı – 2026” təlimində iştirak edir

azerbaycan herbchileri anadolu qartali beynelxalq teliminde ishtirak edir

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada Azərbaycan hərbi qulluqçularının iştirakı ilə “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri cəlb olunub.

Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.

Hərbi pilotlarımız təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…