Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin katibləri yaranmış xaotik vəziyyətlə bağlı bəyanat yayıblar. Tezadlar.az xatırladır ki, bəyanatda deyilir:
Təəssüflə qeyd edirik ki, İdarə Heyətində olan həmkarlarımızın bəzilərinin məsuliyyətsiz addımları nəticəsində, təşkilatımızın hüquqi statusu təhlükə altındadır. Təşkilatın vergi səhifəsi bağlanıb, əmək müqavilələrinin yenilənməsi mümkünsüz olub, layihələrin icrası səngiyib.
Bir daha bəyan edirik, vəziyyətdən yeganə çıxış yolu Nizamnamənin tələbinə uyğun olaraq konfransda sədr seçkisi keçirməkdir. Konfransın keçirilmə tarixinin uzadılması təşkilatımızı ləğv perspektivi ilə üz-üzə qoyur.
AKİ-nin birinci katibi və icraçı katibindən Konfransın 5 sentyabr 2026-cı il tarixindən gec olmayaraq keçirilməsi üçün təşkilati addımların atılmasını tələb edirik”.
Azərbaycan Bir qrup idarə heyyət üzvləri isə imzaları ilə müraciət qəbul ediblər. Müraciət sosial mediada yayımlanıb.
