Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gərgin mübarizə fonunda Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxıb. Tezadlar.az xəbər verir ki, komandamız Ukrayna seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma “Tipos Arena”da, Bakı vaxtı ilə saat 22:30-da start götürüb
Millimiz oyuna qolla başlayıb. Mirmehdi Rzayevin qoluyla komandamız hesabda 1:0 önə keçib.
Görüşün son dəqiqələrində risk alan Ukrayna millisi qapıçını ön xətt oyunçusu ilə əvəzləyib. Boşluqdan istifadə edən mini futbolçularımız hesab arasındakı fərqi 2-yə çatdırıb. Oyunda başqa qol olmayıb: 2:0.
Bu nəticəylə minifutbol üzrə milli komandamız dünya çempionluğunun ardınca ikiqat Avropa çempionluğunu da rəsmiləşdirib.
Avropa çempionatı
Final
22:30. Azərbaycan – Ukrayna 2:0