Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2026 / 23:10

Azərbaycan neftinin əsas alıcıları kimlərdir? (SİYAHI)

Bu ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 8,828 milyon ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac edilib. Bu ixracın dəyəri 5,121 milyard ABŞ dolları təşkil edib.

Təzadlar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasında bildirilib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, həcm ifadəsində isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.

Bu ilin yanvar-may aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5,339 milyon ton neft 3,021 milyard ABŞ dolları dəyərində ixrac olunub. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) qərarlaşıb.

Cədvəldə 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən 10 ölkə göstərilib:

  • İtaliya: İdxal həcmi: 5 338 870,83 | İdxal dəyəri: 3 020 824 700 ABŞ dolları
  • Rumıniya: İdxal həcmi: 461 317,25 | İdxal dəyəri: 247 844 980 ABŞ dolları
  • Çexiya: İdxal həcmi: 433 064,35 | İdxal dəyəri: 245 721 480 ABŞ dolları
  • Portuqaliya: İdxal həcmi: 395 031,62 | İdxal dəyəri: 221 958 010 ABŞ dolları
  • Almaniya: İdxal həcmi: 360 299,00 | İdxal dəyəri: 210 855 820 ABŞ dolları
  • Tunis: İdxal həcmi: 307 167,03 | İdxal dəyəri: 187 605 080 ABŞ dolları
  • Yunanıstan: İdxal həcmi: 284 374,74 | İdxal dəyəri: 182 764 510 ABŞ dolları
  • Bolqarıstan: İdxal həcmi: 277 990,61 | İdxal dəyəri: 182 322 500 ABŞ dolları
  • Xorvatiya: İdxal həcmi: 276 342,95 | İdxal dəyəri: 162 720 430 ABŞ dolları
  • Tailand: İdxal həcmi: 137 360,18 | İdxal dəyəri: 103 328 320 ABŞ dolları
  • Digər ölkələr: İdxal həcmi: 556 733,81 | İdxal dəyəri: 355 432 330 ABŞ dolları
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!