Əsas məzmuna keç

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcıları alacaq

Azərbaycan yaxın gələcəkdə Pakistanın “JF-17 Thunder” qırıcılarının ilk partiyasını qəbul edəcək.

TEZADLAR.AZ xəbər verir ki, bunu Pakistanın İnformasiya Naziri Atta Tərar yerli KİV-ə müsahibədə bildirib.

“Azərbaycan yaxın gələcəkdə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını qəbul edəcək. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı da mümkündür”, – A.Tərar qeyd edib.

Pakistanlı nazir həmçinin bildirib ki, Azərbaycan Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərib və ölkəyə 2 milyard dollar həcmində investisiya qoymağı planlaşdırır.

Qeyd edək ki, “JF-17 Thunder” Pakistan və Çin tərəfindən birgə hazırlanan yüngül, çoxtəyinatlı reaktiv döyüş təyyarəsidir. Təyyarə təkmühərrikli quruluşa və hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…