Əsas məzmuna keç

Azərbaycan Rusiya- Gürcüstan münaqişəsinin sülh yolu ilə həllini dəstəyir

“Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik”. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Bəyanatda deyilir ki, Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə və mehriban qonşuluq əlaqələrinə böyük önəm verir: “Ölkəmiz iki dövlət arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…