29 Aprel 2026 / 14:03

Azərbaycan Rusiya-Ukrayna danışıqları üçün vasitəçi rolunda çıxış edə bilərmi?

Rusiya və Ukrayna arasıda sülh danışıqları hazırda pauza rejimindədir.
Bu fikri Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov bildirib.
O, xatırladıb ki, Ukrayna prezidenti Azərbaycanda səfərdə olarkən Zelenski Rusiya ilə Ukrayna arasında danışıqların Azərbaycanda keçirilməsini təklif etmişdi.
Sahib Məmmədov “Azərbaycan Rusiya-Ukrayna danışıqları üçün platforma və ya vasitəçi rolunda çıxış edə bilərmi?”– sualını isə belə cavablandırıb:
“Belə danışıqlara Rusiya tərəfinin gedib-getməyəcəyindən asılı olmayaraq, Azərbaycan bu danışıqlar üçün bir neçə aspektdən uyğun ölkədir:
– Azərbaycanla Ukrayna arasında strateji münasibətlər mövcuddur. Azərbaycan Ukraynaya humantiar xarakterli yardımlar edir və bu həm Ukraynada, həm də Qərbdə müsbət reaksiya doğurur. Rusiyanın rəsmi dairələrində isə qıcıq yaratmır (bəzi deputatların və jurnalistlərin açıqlamaları istisna olmaqla);
– Azərbaycanla-Rusiya müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzalayıb. Təyyarə qəzasından sonra yaranan gərginlik hazırda aradan qalxmaqdadır. Prinsipcə, Rusiya tərəfi danışıqlara razılıq versə, onun Azərbaycanda keçirilməsinə güman ki, etiraz etməz.
– Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir. Bu baxımdan, ən yüksək səviyyədə görüşlər təhlükəsiz şəraitdə keçirilə bilər.
– Azərbaycan postkonfilikt ölkəsidir. Biz sülh danışıqlarında təcrübəmizi də bölüşə bilərik.
– Azərbaycan Prezidenti həm MDB məkanında, həm də qlobal məkanda yüksək nüfuza malikdir. Regionda sülh və əmkdaşlığın təmin olunmasıda, dövlətlərarası münasibətlərin tənzimlənməsində əhəmiyyətli rola malikdir.
– Azərbaycan Qoşulmama hərktının lider dövlətlərindədir və bu da neytrallıq üçün yaxşı təminatdır və s.”, – deyə Sahib Məmmədov qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!