Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Katibi Anceys Vilumsonsla görüşüb və tərəflər qarşılıqlı münasibətləri müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Latviya XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Rəsmilər ikitərəfli münasibətlərdəki fəal dinamikanı, o cümlədən Prezident Edqars Rinkeviçsin bu yaxınlarda Azərbaycana səfərini yüksək qiymətləndiriblər, siyasi dialoqu və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək, eləcə də işgüzar əlaqələri təşviq etmək imkanlarını müzakirə ediblər”, – paylaşımda bildirilib.
Xatırladaq ki, N. Mustafayeva etimadnaməsinin surətini Latviya Xarici İşlər Nazirliyinin XİN-in Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim edib.







