Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 21:14

Azərbaycan və “Samsung” yeni əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və “Samsung” şirkəti arasında ölkəmizdə Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib.

Tezadlar.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

“Samsung C&T Corporation Engineering & Construction Group”un prezidenti və baş icraçı direktoru Oh Se Çul və Qlobal biznes və əməliyyatlar bölməsinin prezidenti Kim Cunq Vuk ilə görüş keçirdik. Görüşdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələri müzakirə etdik”, – deyə nazir qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!