Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.
Tezadlar.az bildiriri ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.
“Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, – o, bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.
Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana ilk tranziti üçün Gürcüstan tranzit haqqı almamışdı.