Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Azərbaycanda bu ilin birinci yarısının sonuna olan vəziyyətə görə cəmi kapitalının həcmi 500 milyon manatdan çox olan bankların adları məlum olub.
Tezadlar.az xəbər verir ki, bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı cəmi kapitalın həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, ölkədə ən iri kapitallı bank Azərbaycan Beynəlxalq Bankı – «ABB»dir. Bankın cəmi kapitalı 2 milyard 232 milyon manatdır.
«Kapital Bank» ölkənin ikinci ən iri kapitallı bankıdır – 1 milyard 339 milyon manat.
Siyahıda üçüncü yerdə 921,6 milyon manat kapitalla «PAŞA Bank», dördüncü yerdə 523,6 milyon manat kapitalla «XalqBank» dayanır.
Bundan başqa, 3 bankın cəmi kapitalı 200 milyon manatla 300 milyon manat arasında, 11 bankın cəmi kapitalı 100 milyon manatla 200 milyon manat arasında, 3 bankın cəmi kapitalı 100 milyon manatla 50 milyon manat arasındadır.