Əsas məzmuna keç

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı artıb

Təkcə avqust ayında 1 856 əcnəbi Azərbaycanda müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib. Bu barədə tezadlar.az-a  DMX-dən məlumat verilib. Bildirilib ki, avqust ayında quruma 6 363 müraciət daxil olub. Sitat: “Onlardan 1 856-sı müvəqqəti yaşama icazəsi, 111-i müvəqqəti olma müddətinin uzadılması, 523-ü vətəndaşlıq məsələləri, 838-i olduğu yer üzrə qeydiyyat, 415-i daimi yaşama icazəsi, 661-i iş icazəsi, 320-si inzibati xəta, 1639-u isə digər məsələlərlə bağlı olub”.

Əcnəbilərin hansı ölkəyə mənsub olması isə məlumatda əks etdirilməyib. Bu fakt maraq doğurmuş olardı.

Elşad

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…