Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təzadlar.az məlumatına görə, hadisə cəmiyyətdə orqan bağışlanmasına münasibətləri yenidən müzakirəyə çıxarıb.
Vətəndaşların bir qismi orqan donorluğunu müsbət qiymətləndirərək bunun başqa insanlara həyat bəxş etdiyini bildirirlər.
Onların fikrincə, insan dünyasını dəyişdikdən sonra orqanlarının torpaqda çürüməsi əvəzinə ehtiyacı olanlara bağışlanması daha faydalıdır.
“Oğlum deyir ki, mən öləndə orqanlarımı bağışlayarsan. Qoy torpaqda çürüməsin, kimsə ondan istifadə etsin. Məni görmək istəyəndə gedib həmin insanları görərsən”, – deyə vətəndaşlardan biri qeyd edib.
Transplantoloqlar bildirirlər ki, 18-65 yaş arası sağlam şəxslər orqan donoru ola bilərlər.
“Canlı donordan əsasən böyrək və qaraciyərin bir hissəsi götürülür. Beyin ölümü baş vermiş şəxslərdən isə uyğun olduğu halda bir neçə orqanın transplantasiyası mümkündür”, – deyə tibb elmləri doktoru Rəşad Şolan əlavə edib.
Mütəxəssislər vurğulayırlar ki, orqan transplantasiyası ağır xəstəliklərdən əziyyət çəkən minlərlə insan üçün yeganə çıxış yoludur. Lakin donor sayının azlığı səbəbindən bir çox xəstələr uzun müddət növbə gözləməli olurlar. Qeyd edək ki, hazırda Azərbaycanda orqan donoru olmaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək və ya onlayn qeydiyyatdan keçərək donor kimi qeydiyyata düşə bilərlər.