Əsas məzmuna keç

“Azərbaycanın ilk şəhidi Rəşid Behbudovdur…”

Azərbaycanın Əməkdar artisti Rəşidə Behbudova mərhum atası, Xalq artisti Rəşid Behbudovla bağlı paylaşım edib.

Tezadlar.az  xəbər verir ki,  müğənni payalaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:

“Azərbaycanın ilk şəhidi – Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyən, fiziki işgəncələrə məruz qalan, əl və ayaq dırnaqları, dişləri çıxarılan bu kişi olub…

Bakıya gətiriləndən sonra məsciddə yuyularkən bədəninin nə halda olduğunu gördülər. Baxmayaraq ki, həyat yoldaşı Ceyran xanım və qızı Rəşidə xanım xəstəxanada idi, onun yanına buraxılmırdılar.

Bu adam Azərbaycan üçün böyük itki oldu, çox böyük. Azərbaycan deyəndə ilk yada düşən Rəşid Behbudov olurdu. Azərbaycanın səsi Rəşid Behbudov idi. Bu gün maestronun  ruhu şaddır. Biz qalibik… Allah sizə rəhmət eləsin! Səsi Azərbaycan musiqi tarixinə brilyant hərflərlə yazılan ustad”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…