2026-cı il 1 iyul tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: ABŞ dolları – 86,4 faiz, avro – 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 2,9 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,5 faiz.
2026-cı ilin 1 iyul tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 290,7 milyon ABŞ dolları məbləğində əsas borc, 102,7 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
2026-cı il 1 iyul tarixinə xarici dövlət borcu portfelinin 30 faizini və ya 1 milyard 387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir.
Hesabat tarixinə xarici dövlət borcu portfelinin 43,6 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 56,4 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
2026-cı il 1 iyul tarixinə xarici dövlət borcunun 59,8 faizi çoxtərəfli maliyyə institutları üzrə, 30 faizi avrobondlar üzrə, 10,2 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.







