Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadə dünyanın tanınmış futbolçuları ilə bir turnirdə iştirak edəcək.
Tezadlar.az xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi Türkiyənin “Volves” minifutbol komandasında oynayacaq. Bu barədə “Volves”in instaqram hesabında məlumat paylaşılıb.
T.Xəlilzadə hər il keçirilən “Golazo” turniri üçün heyətə cəlb edilib. “Volves”də Martin Şkrtel və Fernandao kimi futbolçular da oynayacaq. Turnirdə isə Rayan Babel, Rikardo Kuarejma, Elmander, Tuncay Şanlı kimi futbolçular da çıxış edəcək.
Qeyd edək ki, “Volves” həvəskar futbol və minifutbol və futzal liqalarında yarışan komandadır.