Əsas məzmuna keç

AZTU-DA TƏTBİQ OLUNACAQ İNNOVATİV YENİLİKLƏRLƏ BAĞLI FİKİR MÜBADİLƏSİ APARILIB

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.

AzTU-dan Tezadlar.az-a bildirilib ki, iclasda universitetin sosial tədbirlərində fəallıq göstərən tələbələrin mükafatlandırılması ilə bağlı qərar qəbul olunub. Bundan başqa, AzTU-nun Keyfiyyətin Təminatı və Öyrənmə-Öyrətmə Mərkəzinin əsasnaməsi də müzakirələrdən sonra təsdiq olunub.

İclasda yeni tədris ilində universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tətbiq olunacaq innovativ yeniliklərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonra cari məsələlər müzakirə olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…