19 Fevral 2026 / 12:15

Babək prospektində-“NZS” qəsəbəsinin Yavər Səfərov küçəsində yezid tapıldı-İNANILMAZ!

…İnsanları Orucluğun bu ilk günündə su ilə imtahana çəkmək tarixdə Yezid əməli kimi qalıb… “Təzadlar”ın əməkdaşı şikayət əsasında yerində olub, problemi öz gözləri ilə görüb… Və gördüklərimizdən belə başa düşürük ki, həmin Yezidin qohumları indi də Nizami rayonunun “NZS” kimi tanınan (Babək prospektində) qəsəbəsinin Yavər Səfərov küçəsində peyda olub. Nizami rayon Su-Kanalizasiya İdarəsində doğrudanmı bu mənzərədən kiminsə xəbəri yoxdur?!

Fotoşəkillərdən gördüyünüz kimi, Orucluğun bu ilk günündə insanlar su ilə imtahana çəkilir, küçələrdən balon və qablarda su toplayırlar. Əməkdaşımız su qablı Fəridə xanımdan bu problemin qaynağını soruşub, xanım bildirib ki, artıq 4 gündür vəziyyət belədir… “Zəng edirik, deyirlər ki, düzələcək… 4 gün susuz qalmaq doğrumu? Su pulunu bir gün keçirəndə gəlib suyumuzu kəsirlər, indi 4 gündür suyumuzu özləri səbəbsiz-elansız kəsiblər… Evdə 3 körpə uşaq var, onları susuz idarə etmək olduqca çətindir…”.

Nə deyək, inanırıq ki, Nizami rayonunun bu sahəyə məsul şəxsləri Yezidin “NZS”dəki həmin qohumunu tezliklə tapacaqlar və insanlar Orucluq kimi müqəddəs ayda su ilə imtahana çəkilməyəcək, Nizami Rayon Su-Kanalizasiya İdarəsinin rəisi də günaha batmayacaq!

SƏBUHİ

n

n

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!