“BAĞIROV” KÖRPÜSÜ HƏLƏ DƏ SÜRÜCÜLƏRLƏ “DÜŞMƏNÇİLİK” EDİR

Bu səhər oktyabrln 28-də güclü yağıntı nəticəsində Bağırov köprüsünü su basıb. Nəticədə Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində tıxac yaranıb, avtomobil sürücüləri bildiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə,  yaranan subasma təhlükəsi aradan qaldırılır. Məlumatda deyilir ki, körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib. Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.

Beləliklə, “sel gələndə çirmənmək” lazım deyil, maksimum sel və leysan təhlükəsinə hazır olmaq lazımdır. Çünki Allahın yağdırdığı yağışın gücünü özündən başqa kimsə bilmir. Eləcə də “normadan artıq yağış” məsələsi Göydəki Kişiyə aid deyil, onun öz ölçü vahidi və öz “norma”sı var…

A.Məmmədli 

Xəbəri paylaş

17 İyul