Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Aprel 2022 / 11:29

“BAKCELL” ŞUŞADA Wİ -Fİ PULSUZ ETDİ

Bakcell şirkəti Şuşada pulsuz Wi-Fi xidmətini istifadəyə verib.

Şirkətdən “Tezadlar.az”a bildirilib ki, indi Bakcell abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ oteli və Şuşa TV stansiyası ərazilərində bu xidmətdən yararlana bilərlər.

Həyata keçirilən quruculuq və bərpa işləri ilə əlaqədar hər gün daha çox insanın Şuşaya səfər etdiyini və şəhərdə məskunlaşdığını nəzərə alan Bakcell “Şuşa ili” tədbirləri çərçivəsində burada öz abunəçilərinə daha üstün xidmət təqdim edir.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.

Bakcell Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!