Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir-PAYIŞ-QIŞ MÖVSÜMÜ İLƏ BAĞLI…

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir. “AzərbaycanDəmirYolları” QSC-dən “Təzadlar”a bildirilib ki, bu ilin 11 oktyabr tarixindən etibarən qatar bu təqvimlə hərəkət edəcək:
– Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü,
– Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.
Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytımızdan, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.
ELÇİN
Xəbəri paylaş

Xəbər lenti