…Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı. İndiyə kimi ABU, Bakı Asiya universiteti, Təfəkkür universitetləri də bağlanıb tələbələri də başqa universitetlərə göçürülüb. Təcrübə göstərir ki, tələbələr üçün bir narahatlıq yaradan problem olmayacaq. BQU -nun fəaliyyətinin dayandırılması təkcə bir ali təhsil müəssisəsinin hekayəsi deyil. Bu, bütövlükdə ali təhsil sistemi üçün ciddi siqnaldır.
Universitet adı daşımaq təkcə bina, reklam və qəbul planı demək deyil. Keyfiyyətli təhsil, güclü akademik heyət, şəffaf idarəetmə və tələbələrin hüquqlarına məsuliyyətlə yanaşmaq əsas şərtdir.
Əgər hər hansı ali təhsil müəssisəsi bu tələbləri uzun müddət təmin edə bilmirsə, nəticədə belə qərarlarla üzləşməsi təəccüblü deyil. Təhsil sahəsində davamlı fəaliyyət göstərmək üçün standartlara əməl etmək seçim yox, zərurətdir.
Bu hadisə digər universitetlər üçün də xəbərdarlıq xarakteri daşıyır: təhsilin keyfiyyətini ikinci plana atan, idarəetməsini müasir tələblərə uyğun qura bilməyən və etimadı itirən müəssisələr oxşar risklə üzləşə bilər…
Məzahir MƏMMƏDLİ