…Maraqlıdır: dünyanın bir çox şəhərlərində metro xətləri elə inkişaf etdirilir ki, onları birləşdirməklə yeni əlaqələr və rahat marşrutlar, o cümlədən dairəvi xətlər yaradılsın. Bizdə, Bakıda isə əksinə, mövcud və bir-biri ilə əlaqəli xətləri ayırmaq qərarına gəliblər. Artıq sərnişin heç vaxt «Dərnəgül» stansiyasından «Həzi Aslanov» stansiyasına birbaşa, qatardan düşmədən gedə bilməyəcək – mütləq keçid etməli olacaq.
Ən təəccüblüsü isə budur: bütün saytlardan sərnişinlərin üzərinə axışan, demək olar ki, bir-birini təkrarlayan bu qədər cüzi məlumatın içində mən – metronun fəal istifadəçisi – əsas suala sadə və aydın cavab tapa bilmədim: bu nə üçün edilir? Bir ildən sonra, inşaAllah, işlər başa çatdıqdan sonra harada və necə keçid etmək lazım gələcək? Qırmızı və Yaşıl xətlərin ayrı-ayrılıqda fəaliyyət göstərməsi nəticəsində sərnişin itirdiyi birbaşa, keçidsiz gediş imkanının əvəzində konkret olaraq nə əldə edəcək? Bunun hansı üstünlükləri olacaq və hansı narahatlıqları yaradacaq?
Axı izah edin! Heç bir aydın izahat yoxdur.
Nə üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məmurları gələcək metronun sadə və anlaşılan sxemini göstərib öz planlarını və onların üstünlüklərini insan dilində izah edə bilmirlər?
Vətəndaşların qarşısına özləri çıxıb qəbul etdikləri qərarların mahiyyətini iki kəlmə ilə aydın və məntiqli şəkildə izah etməyə belə qadir olmayan məmurların bu açıq-aşkar səriştəsizliyinə nə qədər dözmək olar?
Интересно: во многих городах мира линии метро развивают так, чтобы, объединяя их, создавать новые связи и удобные маршруты, в том числе кольцевые. А у нас в Баку решили существующие связанные линии, наоборот, разделить. Уже никогда пассажир не сможет без пересадки проехать со станции «Дарнагюль» до станции «Ази Асланов» — придётся пересаживаться.
И вот что удивительно: в огромной массе практически одинаковой скудной информации, хлынувшей на пассажиров со всех сайтов, я – активный пользователь метро – так и не нашёл простого и внятного объяснения главного: зачем это делается? Где и как через год, после окончания работ, придётся пересаживаться? Что конкретно получит пассажир от того, что Красная и Зелёная линии будут функционировать раздельно, взамен потерянного беспересадочного сообщения? Какие преимущества это даст и какие неудобства создаст?
Ну обьясните же! Увы, никакого внятного разъяснения нет.
Почему же чиновники из Министерства транспорта, связи и высоких технологий не могут просто показать понятную схему будущего метро и человеческим языком объяснить свои планы и их преимущество?
Сколько же можно терпеть вопиющую некомпетентность бюрократов, не способных самостоятельно выйти к людям и связно, в двух словах, объяснить смысл принимаемых ими решений?
Elçin T.Əliyev