Əsas məzmuna keç

Bakı və Lissabon arasında diplomatik addım: Yeni səfirlik yaradılır

Screenshot com.android.chrome edit

Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində) Səfirliyi təsis ediləcək.

Təzadlar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın