Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək paytaxtda yeni yaradılan “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilir.
Təzadlar.az xəbər verir ki, bu barədə müddəalar Baş nazir Əli Əsədovun imzaladığı yeni sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, Bakı Şəhər Heyvanat Parkının Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşmə yolu ilə yenidən təşkili barədə təkliflərini iki ay müddətində hökumətə təqdim etməlidir.