Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2026 / 14:16

Bakıda avtobus alışıb yandı- SƏBƏB

Az əvvəl Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə tezadlar.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

Avtobusun yanma səbəbinin elektrik sistemindəki nasazlıqdan olduğu deyilir.

SƏBUHİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!