Əsas məzmuna keç

BAKIDA İKİ ÖLKƏNİN HƏRBİ HÜQUQŞÜNASLARININ İŞGÜZAR GÖRÜŞÜ KEÇİRİLİB

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparılıb.

R.XUDATQIZI

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…