BAKIDA LEYSAN: KANALİZASİYALAR TUTULDU VƏ…

Yenidən leysan xarakterli yağış Abşeron yarımadasını ağuşuna aldı…

Bakıda və Abşeron yarımadasında yağış indi də yağır. Hidrometeorologiya Xidmətindən “Təzadlar”a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir. Amma yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.

Bütün bununla yanaşı, neçə gün əvvəlki leysan yağışın təkrarən fəsadlar törətməsi yenidən təkrarlandı. “…Məsələn, Xətai rayonunda, Sabit Orucov və Firuz Qəmbərov küçələrində sel sularını ötürə bilməyən kanalizasiya xətləri həyətləri basıb, evlərin zirzəmisinə dolub. Sakinlərin dediyinə görə, yaxınlıqdakı göydələnlər tikiləndən bəri bu hal davam edir, tədbir isə görülmür. Çünki yeni kanalizasiya xətti çəkilməlidir. Hazırkı xətlər isə Sovet dövründə çəkilib…”.

Elçin Məmmədli

Xəbəri paylaş

12 İyul