Əsas məzmuna keç

BAKIDA ÜMUMŞƏHƏR İMƏCLİYİ KEÇİRİLƏCƏK – BŞİH HAMINI DƏVƏT EDİR

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi,

mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə şənbə günü, may ayının 25-də paytaxtda genişmiqyaslı daxili ümumşəhər iməcliyinin keçirilməsi qərara alınıb.

TEZADLAR.AZ-a BŞİH-dən verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır.

“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, – deyə məlumatda qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…