8 Mart 2026 / 09:41

Bakıda sürücülərə tələ quran daha bir yol nişanlanması- FOTO

…Çaşdırıcı yol nişanlarına Bakıda çox rast gəlirik. Məntiqlə, bu o deməkdir ki, Bakını başdan-ayağa parklamalara döndərib hər parklama dirəyinin yanına da bir nəfəri təhkim etməklə təxminən 100 minə yaxın iş yeri yaratdıqları barədə yuxarılara hesabat verən, əslində isə Bakı sakinlərinin və qonaqların tıxac və parklama, velosipedləşdirmə ilə canını boğazına yığan AYNA- çılar bu yolu tutub. İctimai narazılığı isə heç nəzərə alan yoxdur. Sistemə cərimə vur, sürücünü borca- xərcə sal, canı çıxıb ya məhkəməyə gedəcək, ya da ödəyəcək. Bir xətyi tapdadın- 100-200 manatdır!

Bakının Kotoğlu Rəhimovla Həsən Əliyev küçələrinin kəsişməsindəki krossvordun cəriməsini isə hər gün onlarla sürücü ödəməli olur! Niyə? Bu tip narazılıqla hər gün qarşılaşırıq, sosial mediada yazılır, amma bunların AYNA üçün fərqi yoxdur, təki pul gəlsin!

Daha bir narazılıq isə jurnalist Elçin Rəhimzadədən gəldi. O, yazır: “Bu xətləri çəkmək insanları cərimələməkdən başqa heç nəyə yaramır. Bura Z.Əhmədbəyov (Qubanov) küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsidir(körpünün altı). Üzü İzmir parkından gəlirsən və bu xətt səni qarşılayır. Niyə? Əvvəl bu xətt yox idi, nə baş verirdi ki?! Sadəcə, məqsəd cərimə yığmaqdır, vəssalam!”.

Bəs bu çaşqınlığı və cərimə tələsini aradan qaldıracaqlarmı?!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!