Əsas məzmuna keç

“BakıKart”ın satış qiyməti yarıbayarı artırıldı

1 iyul 2026-cı il tarixindən etibarən “BakıKart” kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişəcək.

Tezadlar.az  xəbər verir ki, BakıKart-dan verilən məlumata görə, “BakıKart” kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.

“Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

Bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib.

Dəyişiklik yalnız yeni əldə edilən “BakıKart” kartlarının satış qiymətinə aiddir.

Gediş haqlarında dəyişiklik yoxdur. Kart balanslarında dəyişiklik yoxdur”, – deyə məlumatda bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…