Əsas məzmuna keç

Bakının bu küçə və prospektləri tıxaclıdır- SİYAHI

AYNA- nın başı yolları daraltmağa, velosipedləşdirməyə, parklamalara qarışmışkən, bu səhər də Bakının 15 yol və prospektində tıxac yaranıb. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

4. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

5. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

6. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

10. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

14. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Sürücülərə və işə, həkimə, dərsə, səyahətə, təyyarəyə, rayona… gecikənlərə səbr arzulayırıq!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…