Hazırda Abşeron yarımadasının bütün ərazilərinə qar yağır. Narın qar yarımadanın paytaxt və digər ərazilərini ağ örpəyə bürüyüb.
Yolların buz bağlaması səbəbindən magistral yollarda sürət həddi aşağı salınıb. Eləcə də paytaxt yollarında digər təhlükəsizlik tədbirləri görülür.
“Təzadlar”ın əməkdaşı Elbar Şirinov bildirir ki, Biləcəri yoxuşunda avtomobillərin normal hərəkəti üçün yol təsərtüfatı işçiləri çalışırlar. “Lakin qarlı havadakı yolların sürüşkənliyi tıxaclara səbəb olub…”.
A.Məmmədli