Əsas məzmuna keç

BALİ SƏLAHİYYƏTLİLƏRİ ONLARLA RUSU DEPORTASİYA ETDİ

İndoneziyanın Bali adasının hakimiyyət orqanları 2023-cü ildə onlarla Rusiya vətəndaşını deportasiya edib.

Bu barədə “Bali Post” nəşri Denpasar adasının immiqrasiya şöbəsinin rəhbəri Suhendraya istinadən məlumat yayıb.

Yalnız bir il ərzində 164 əcnəbi Balidən deportasiya edilib.

Suhendra “85 nəfər qanun və qaydalara əməl etməməkdə, 79 əcnəbi isə viza müddətini uzatmaqda günahkar idi”, – o deyib.

Şöbə müdiri əlavə edib ki, deportasiyaya məruz qalan vətəndaşların əksəriyyəti Rusiyadan gəlib – 59 nəfər. Həmçinin, 15 nəfər Avstraliyadan, 14 nəfər isə ABŞ-dan deportasiya edilib.

İyun ayında məlum olub ki, İndoneziya hökuməti ölkədə qalma qaydalarını pozan turistləri dərhal deportasiya etməyi planlaşdırır. Əvvəllər Bali hakimiyyəti turistlərin mopedlər də daxil olmaqla nəqliyyat vasitələrini icarəyə götürmələrini rəsmi olaraq məhdudlaşdırırdı.

​​​​​​​ E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…