Bu il də Bakı Ali Neft Məktəbi 35 Prezident təqaüdçüsü ilə lider oldu!
Cənab Prezident İlham Əliyevin 2026–2027-ci tədris ili üzrə Prezident təqaüdçüləri haqqında Sərəncamına əsasən, ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir!
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Bu nəticə ilə BANM növbəti dəfə ölkə üzrə liderliyini qoruyub saxlayır. BANM artıq 7-ci dəfədir Prezident təqaüdçülərinin sayına görə liderdir.
Tələbələrimizin ixtisaslar üzrə bölgüsü belədir:
Maliyyə – 13 nəfər;
İnformasiya təhlükəsizliyi – 10 nəfər;
Kimya mühəndisliyi – 8 nəfər;
Kompüter elmləri – 3 nəfər;
Data analitikası – 1 nəfər.
Qürur duyuram ki, Azərbaycanın ən istedadlı, bilikli və məqsədyönlü gəncləri Bakı Ali Neft Məktəbini seçir, bizə inanır və gələcəklərini bizimlə qurmağa qərar verirlər.
Bizə güvənən, BANM-i seçən bütün intellektual gəncliyimizə təşəkkür edir, hər birini ürəkdən təbrik edirəm!”, – deyə rektor qeyd edib.
JASMİN







