BANM-in tələbə və müəllimləri layihələri ilə 860 min manatdan çox vəsait qazanıb.
Bunu BANM-ın rektoru Elmar Qasımov bəyan edib.
Onun sözlərinə görə, Bakı Ali Neft Məktəbinin (BANM) tələbə və müəllimləri son 1 ildə innovasiya yönümlü layihə və yarışlardan 860 min 811 manat məbləğində vəsait əldə edib.
“BANM müəllimlərinin mentorluğu ilə tələbələrindən ibarət 40-a yaxın komanda yerli və beynəlxalq müsabiqələr və hakatonların qalibi olub.
Qalib komandalarımızın əldə etdiyi vəsaitlərin bölgüsü belədir:
İnvestisiyalar – 570 min 900 manat,
Mükafatlar – 163 min 737 manat
Qrant – 126 min 174 manat”, – deyə rektor qeyd edib.
JASMİN