12 İyun 2026 / 10:37

BANM Mini MBA proqramının əcnəbi tələbələrinə sertifikat verdi – FOTOLAR

Bakı Ali Neft Məktəbində təhsil alan əcnəbi tələbələr üçün təşkil olunan Mini MBA proqramını uğurla başa vuran iştirakçılara sertifikat verilib.
 Bu barədə BANM -ın rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Bakı Ali Neft Məktəbində təhsil alan əcnəbi tələbələr üçün təşkil olunan Mini MBA proqramını uğurla başa vuran iştirakçılarla görüşərək onlara sertifikatlarını təqdim etdik.
İnanıram ki, 6 modulu əhatə edən bu proqram tələbələrimizin idarəetmə və biznes sahəsində bilik və bacarıqlarının inkişafına, eyni zamanda onların şəxsi və peşəkar formalaşmasına mühüm töhfə verib.
Davamlı Təhsil Fakültəsi, MBA Mərkəzi və Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən proqramı uğurla tamamlayan bütün iştirakçıları təbrik edir, uğurlar arzulayıram”, – deyə rektor qeyd edib.

BANM SERT

BANM SERTİFİKAT

BANM SERTTİFİKAT

JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!