Əsas məzmuna keç

BANM-NİN TƏLƏBƏLƏRİ 21 UNİVERSİTET ARASINDA KEÇİRİLƏN YARIŞIN QALİBİ OLUB -FOTOLAR

”Enactus Dünya Kuboku 2024 Simulyasiyası”nın qalibi Bakı Ali Neft Məktəbi (BANM) olub. 21 universitet tələbələri arasında keçən yarışda BANM-in tələbələri Aysel Rəhimli, Çingiz Məmmədov və Oktay Əmrahov I yerə çıxıblar.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosal media hesabında məlumat verib.
Tələbələrinin qalibiyyətindən, uğurundan fərəhlənən rektor həm onları, həm də elmi rəhbərlərini təbrik edib.
“Müsabiqə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilib.

Qalib tələbələrimizi və elmi rəhbər Emilya Əhmədovanı ürəkdən təbrik edirəm”, – deyə qeyd edib.
Qalib tələbələrin fotolarını təqdim edirik:
b
b
b
Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…