Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Barselona” İspaniya millisinin rəhbərliyinə müraciət edərək vinger Lamin Yamalın 2026-cı il dünya çempionatının ilk iki oyununa heyətə daxil edilməməsini xahiş edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Bildirilir ki, klub futbolçunun sağlamlıq durumundan narahatdır və onun turnirə qədər tam bərpa olunmasını istəyir. Əgər Yamal Kabo-Verde və Səudiyyə Ərəbistanına qarşı oyunlara çıxmasa, bu, onun zədəsinin ağırlaşması riskindən qaçmasına imkan verəcək.
Yamalın dünya çempionatındakı debütü Uruqvaya qarşı oyunda baş tuta bilər. Lakin yekun qərar onun bərpa prosesindən asılı olacaq.
Qeyd edək ki, Yamal İspaniya çempionatının 33-cü turunda “Selta”ya qarşı oyunda (1:0) penalti yerinə yetirərkən zədələnib və meydanı tərk edib.